Kannavaro Özbəkistanın məğlubiyyətini şərh etdi

18.06.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Kannavaro Özbəkistanın məğlubiyyətini şərh etdi

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Kolumbiyaya 1:3 hesabı ilə uduzduqları oyundan danışıb.

QOL.az zamin.uz-a istinadən xəbər verir ki, mütəxəssis komandasının oyuna nəzarət etməyə çalışdığını bildirib:

“Biz oyunu nəzarətimizə götürməyə çalışırdıq. Kolumbiya kimi komandaya qarşı topsuz oynamaq asan deyil. Bu stadiondakı matçı xatırlayacağıq. Çünki tarixi oyundur. Biz dünya çempionatındayıq. Bugünkü görüş bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik”.

İtaliyalı mütəxəssis əlavə edib ki, komanda meydana Özbəkistanı bütün dünyaya layiqincə təqdim etmək məqsədilə çıxıb: “İkinci hissədə yaxşı oynadıq, amma təəssüf ki, qol buraxdıq. Biz meydana Özbəkistanı bütün dünyada təmsiil etmək üçün çıxmışdıq".

Qeyd edək ki, bu görüş Özbəkistan millisinin dünya çempionatları tarixində ilk oyunu olub. K qrupunda Özbəkistan və Kolumbiyadan başqa, Portuqaliya və Konqo milliləri də mübarizə aparırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью