Kannavaro Özbəkistanın məğlubiyyətini şərh etdi
Icma.az, Qol.az saytına istinadən bildirir.
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Kolumbiyaya 1:3 hesabı ilə uduzduqları oyundan danışıb.
QOL.az zamin.uz-a istinadən xəbər verir ki, mütəxəssis komandasının oyuna nəzarət etməyə çalışdığını bildirib:
“Biz oyunu nəzarətimizə götürməyə çalışırdıq. Kolumbiya kimi komandaya qarşı topsuz oynamaq asan deyil. Bu stadiondakı matçı xatırlayacağıq. Çünki tarixi oyundur. Biz dünya çempionatındayıq. Bugünkü görüş bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik”.
İtaliyalı mütəxəssis əlavə edib ki, komanda meydana Özbəkistanı bütün dünyaya layiqincə təqdim etmək məqsədilə çıxıb: “İkinci hissədə yaxşı oynadıq, amma təəssüf ki, qol buraxdıq. Biz meydana Özbəkistanı bütün dünyada təmsiil etmək üçün çıxmışdıq".
Qeyd edək ki, bu görüş Özbəkistan millisinin dünya çempionatları tarixində ilk oyunu olub. K qrupunda Özbəkistan və Kolumbiyadan başqa, Portuqaliya və Konqo milliləri də mübarizə aparırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 İyun 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















