Kansler 951 min suriyalını deportasiya etmək istəyir

04.11.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Suriyadakı vətəndaş müharibəsi başa çatıb və Almaniyada sığınacaq alan suriyalı qaçqınlar vətənlərinə qayıtmalıdırlar”.
Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.
Merz Şlezviq-Holşteyn federal əyalətinin rəhbəri Daniel Günter ilə birgə mətbuat konfransında deyib:
“Artıq Almaniyada sığınacaq vermək üçün heç bir əsas yoxdur, ona görə də deportasiyaya başlaya bilərik”.
Almaniya kansleri ümid edir ki, əksər suriyalılar könüllü olaraq ölkələrinə qayıdacaq və onun yenidən qurulmasına köməklik göstərəcəklər.
O, əlavə edib ki, Almaniya Suriyanın yenidən qurulmasına töhfə verəcək.
Qeyd edək ki, rəsmi məlumatlara görə, avqustun sonuna qədər Almaniyada təxminən 951.000 suriyalı, o cümlədən Almaniya hakimiyyətinin deportasiya etmək qərarına gəldiyi 920 nəfər var.
V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью