Kansler 951 min suriyalını deportasiya etmək istəyir
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Suriyadakı vətəndaş müharibəsi başa çatıb və Almaniyada sığınacaq alan suriyalı qaçqınlar vətənlərinə qayıtmalıdırlar”.
Reyting.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.
Merz Şlezviq-Holşteyn federal əyalətinin rəhbəri Daniel Günter ilə birgə mətbuat konfransında deyib:
“Artıq Almaniyada sığınacaq vermək üçün heç bir əsas yoxdur, ona görə də deportasiyaya başlaya bilərik”.
Almaniya kansleri ümid edir ki, əksər suriyalılar könüllü olaraq ölkələrinə qayıdacaq və onun yenidən qurulmasına köməklik göstərəcəklər.
O, əlavə edib ki, Almaniya Suriyanın yenidən qurulmasına töhfə verəcək.
Qeyd edək ki, rəsmi məlumatlara görə, avqustun sonuna qədər Almaniyada təxminən 951.000 suriyalı, o cümlədən Almaniya hakimiyyətinin deportasiya etmək qərarına gəldiyi 920 nəfər var.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Merkel onun kansler olmasını istəyir
25 Dekabr 2024 01:14
Kansler Almaniyaya getdi
06 Dekabr 2025 23:55
Kansler Putinin planını ifşa etdi: O istəyir ki...
14 Dekabr 2025 12:27
Yeni kansler Ukraynaya gedəcək
07 May 2025 16:52
Şolts kansler vəzifəsindən getdi
06 May 2025 02:06
Baxış sayı:51
Bu xəbər 04 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















