Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu resept xüsusilə həftəsonu səhər yeməkləri üçün həm çox doyurucu, həm də hazırlanması asan bir alternativdir.
Soğanın karamelizə olunmuş dadı ilə qaynadılmış yumurtanın vəhdəti süfrənizə fərqlilik qatacaq.
Milli.Az lazım olan ərzaqları təqdim edir: Yumurta: 3-4 ədəd (sayı istəyə görə dəyişə bilər) Soğan: 2 ədəd böyük boy (aypara şəklində doğranmış) Kərə yağı: 1 xörək qaşığı Zeytun yağı: 2 xörək qaşığı Tomat pastası: yarım çay qaşığı (rəng verməsi üçün) Ədviyyatlar: Duz, istiot, pul bibər, kəklikotu (kekik).
Hazırlanma qaydası: Yumurtaları bərk hala gələnə qədər qaynadın (təxminən 8-10 dəqiqə). Qabıqlarını soyub tən ortadan iki yerə bölün.
Tavaya zeytun yağını və kərə yağını əlavə edin. Aypara şəklində doğradığınız soğanları tavaya tökün.
Soğanlar yumşalıb tam qızılı rəng (karamelizə) alana qədər orta odda qovurun.
Soğanlar qovrularkən bir çimdik şəkər tozu əlavə etsəniz, karamelizə prosesi daha uğurlu olar.