Icma.az
close
up
RU
Karamelizə soğanlı yumurta: Səhər yeməyinin yeni sevimlisi

Karamelizə soğanlı yumurta: Səhər yeməyinin yeni sevimlisi

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu resept xüsusilə həftəsonu səhər yeməkləri üçün həm çox doyurucu, həm də hazırlanması asan bir alternativdir. Soğanın karamelizə olunmuş dadı ilə qaynadılmış yumurtanın vəhdəti süfrənizə fərqlilik qatacaq.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
Yumurta: 3-4 ədəd (sayı istəyə görə dəyişə bilər)

Soğan: 2 ədəd böyük boy (aypara şəklində doğranmış)

Kərə yağı: 1 xörək qaşığı

Zeytun yağı: 2 xörək qaşığı

Tomat pastası: yarım çay qaşığı (rəng verməsi üçün)

Ədviyyatlar: Duz, istiot, pul bibər, kəklikotu (kekik).

Hazırlanma qaydası:
Yumurtaları bərk hala gələnə qədər qaynadın (təxminən 8-10 dəqiqə). Qabıqlarını soyub tən ortadan iki yerə bölün.

Tavaya zeytun yağını və kərə yağını əlavə edin. Aypara şəklində doğradığınız soğanları tavaya tökün. Soğanlar yumşalıb tam qızılı rəng (karamelizə) alana qədər orta odda qovurun.

Soğanlar qovrularkən bir çimdik şəkər tozu əlavə etsəniz, karamelizə prosesi daha uğurlu olar.

Qovrulmuş soğanların üzərinə tomat pastasını və ədviyyatları (duz, istiot, kəklikotu, pul bibər) əlavə edib 1-2 dəqiqə də qarışdırın.

Ortadan böldüyünüz yumurtaların sarı hissəsi aşağı baxacaq şəkildə soğanların üzərinə düzün.

Tavanın qapağını örtüb 2-3 dəqiqə bu şəkildə bişirin ki, soğanların dadı yumurtaya keçsin. Üzərinə istəsəniz bir az da qırmızı bibər və ya doğranmış cəfəri səpərək isti şəkildə servis edin.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri