Karateyə həsr olunmuş həyat Rəhman Hətəmov 50 | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Bugün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İ
Modern.az xəbər verir ki, Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır.
İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır.
1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür.
1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır.
2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həm də komanda tərkibində qızıl medal qazanıb.
Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi.
Tam oxu
Xəbəri oxu