Icma.az
close
up
RU
Karateyə həsr olunmuş həyat Rəhman Hətəmov 50

Karateyə həsr olunmuş həyat Rəhman Hətəmov 50

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bugün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, 7-ci dan qara kəmər sahibi, Azərbaycanda karate idman növünün inkişafına böyük tövhələr vermiş və verməkdə olan Rəhman Süleyman oğlu Hətəmovun 50 yaşı tamam olur.

Modern.az xəbər verir ki, Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür.

1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır.

2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həm də komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi.

2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur.

2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.

2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında komandanın qalibiyyəti haqqında Rəhman Hətəmov qeyd etmişdir: “Çempionat nəticəsində əldə etdiyimiz nailiyyətlər - 2 qızıl və 1 bürünc medal göstərdi ki, Azərbaycan karatesi Avropada ən güclü karate məktəblərindəndir. Qadınlardan ibarət komandamızın çempion olmağı, kata kimi indiyədək bizim üçün uğursuz olan karate növündə 17 yaşlı Roman Heydərovun bürünc medal qazanması və ümumi hesabda üçüncü yer tutmağımız karatemizin inkişafının göz qabağında olmasından xəbər verir”.

Məşqçilik dövründə dəfələrlə Dünya və Avropa çempionatlarındə qazanılan uğurlar nəticəsində Rəhman Hətəmov fəxri adlarla:

2001-ci ildə Avropa çempionatında göstərdiyi nəticələrə görə — "Əməkdar idman ustası"; 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında ilk dəfə olaraq yığma komandamız komanda yarışlarının qalibi — “Əməkdar məşqçi”; 2014-cü ildə ilk dəfə yığma komandamız Avropa çempionu — “Əməkdar İdman və Bədən tərbiyəsi xadimi”;  2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında uğurlu çıxışı zamanı — “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Rəhman Hətəmov 2022-ci ildən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri