Karqo Şamil in görünməyən üzü... | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır.
Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər.
Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovdur.Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının "inkubatorunda" yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür.
Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib.
Ancaq özünü hələ də "toxunulmaz" hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir.
Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur.
Tam oxu
Xəbəri oxu