Icma.az
close
up
RU
Karqo Şamil in görünməyən üzü...

Karqo Şamil in görünməyən üzü...

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovdur.
Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının "inkubatorunda" yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir. 
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də "toxunulmaz" hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil. Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq "toxunulmazlıq zirehinə" bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin "qaranlıq dəhlizində" nəfəs alır.

Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara "rahat həyat" vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər...
2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.
Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir. 
İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür. 
Bu məsələ ilə bağlı Demokrat.az peşəkar media olaraq, hər zaman vətəndaşlardan gələn müraciətlər işıqlandırır və sakinlərin səsini cəmiyyətə çatdırır. Eyni zamanda bütün tərəflərin mövqeyini də obyektiv formada saytımızda yayımlayırıq. İndi isə növbə qanunlarındır. Şamil Heydərovun illərdir sığındığı Ramiz Mehdiyevin himayəsindəki "toxunulmazlıq" mifologiyası artıq dağılmalıdır. Heç bir biznes marağı vətəndaşın haqqından və dövlətimizin sarsılmaz qanunlarından üstün ola bilməz. Şamil Heydərov həm söz verdiyi sakinlər, həm də qanunlar qarşısında cavab verməyə borcludur!
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri