Icma.az, Footbal-plus saytına istinadən bildirir. Səhvsiz insan olmadığı kimi, qurum da yoxdu.
PFL-in də səhvi, deyəsən, “Karvan-Yevlax”ı elitaya buraxmaqdı. Hələ ötən mövsümün sonlarında dedilər ki, meydançamız süni ot örtüklü olacaq.
Hər kəs klubu tənqid etdi ki, süni örtüyümüz çox idi, bu da əlavə. Sonra dedilər ki, təbii olacaq. Hər kəs alqışladı.
İşlər start götürəndə də elan verdilər ki, süni olacaq. İctimaiyyəti, medianı ələ saldılar.
Tənqidlərdən uzaq qalmaq üçün yalançı çıxmağa razı oldular. Ot örtüyü də çox gec hazır oldu.
“Bu gün, sabah” deməklə işlər noyabrın 21-ə qədər uzandı. Amma heç indi də stadion standartlara uyğun deyil.
Azarkeşlər üçün tualet ağacın altında, hansı vəziyyətdədi, görənlər bilir. Tualetə çatmamış məhz ora yaxınlaşdığını hiss edirsən.
Üfunət qoxusu az qala ehtiyat oyunçular skamyasında oturan futbolçuları da “bihuş edir”.