Icma.az
close
up
RU
“Karvan Yevlax” hazırlaşır, amma birinci liqaya KÖŞƏ

“Karvan Yevlax” hazırlaşır, amma birinci liqaya KÖŞƏ

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Səhvsiz insan olmadığı kimi, qurum da yoxdu. PFL-in də səhvi, deyəsən, “Karvan-Yevlax”ı elitaya buraxmaqdı. Hələ ötən mövsümün sonlarında dedilər ki, meydançamız süni ot örtüklü olacaq. Hər kəs klubu tənqid etdi ki, süni örtüyümüz çox idi, bu da əlavə. Sonra dedilər ki, təbii olacaq. Hər kəs alqışladı. İşlər start götürəndə də elan verdilər ki, süni olacaq. İctimaiyyəti, medianı ələ saldılar.

Tənqidlərdən uzaq qalmaq üçün yalançı çıxmağa razı oldular. Ot örtüyü də çox gec hazır oldu. “Bu gün, sabah” deməklə işlər noyabrın 21-ə qədər uzandı. Amma heç indi də stadion standartlara uyğun deyil. Azarkeşlər üçün tualet ağacın altında, hansı vəziyyətdədi, görənlər bilir. Tualetə çatmamış məhz ora yaxınlaşdığını hiss edirsən. Üfunət qoxusu az qala ehtiyat oyunçular skamyasında oturan futbolçuları da “bihuş edir”. Media nümayəndələri üçün ayrılan tualet isə konfrans salonunda, baş məşqçinin oturduğu yerin arxasındadı. Səhv etmirəmsə, Kaxaber Sxadadzenin oyunsonrası mətbuat konfransı idi. Konfransın ortasında tualetdən kimsə çıxdı, əlini çırmalaya-çırmalaya çıxdı çölə. Fiasko, biabırçılıq. Nə qoyaq adını? Konfrans salonunun stulları da media sektorundan götürülür, jurnalistlərin sayına uyğun olaraq qoyulur. Əskik olanda da kimlərsə ayaq üstə qalır.
Komandanı 1-ci liqada üçüncü edən Kənan Kərimov rəsmən funksioner – vitse-prezident olsa da, görünür, məşqçilikdən kənar qala bilmədi. Səssiz-səmirsiz Azər Həşimovu gətirdi, bütün işləri özü gördü. Əvəzetmə qərarlarına qədər Kərimov verdi. Gördülər, işlər yolunda getmir, sonuncu olmağa real namizəddilər, Kərimovu məşqçilikdən “uzaqlaşdırmaq” əvəzinə Azər Həşimovu göndərdilər. Və iki ay məşqçinin pulunu vermədilər. Nə əvvəldən qalan maaşını, nə də müqaviləyə əsasən haqqı olan təzminatı. Füzuli Məmmədov da azarkeşlərə “səbr edin” deyir. Bu “Karvan-Yevlax” 1-ci liqadan da üzüağ çıxa bilməz. Son mövsümlərdə elitada qalmaq uğrunda mübarizə olurdu. Bu mövsüm turnir cədvəlində mübarizə görünsə də, çempionatı izləyən 10 adamdam doqquzu deyir ki, “Karvan-Yevlax” elitanı tərk edəcək.
Klub qeyri-peşəkarlıq üzərində qurulub. Ancaq başaldatma, yalan... Təlim-məşq toplanışı haqda xəbər yayanda bildirilib ki, komanda yanvarın 17-i “Kəpəz”lə qarşılaşacaq, növbəti oyun haqda da məlumat veriləcək. Lakin ortada nə oyun var, nə də məlumat. Bir oyunla yola veriblər. Əslində bir oyun keçirmək problem deyil, ictimaiyyətdi aldatmaqdı problem...
Keyfiyyəti olan-olmadı, hər cür futbolçunu yığıb gətiriblər komandaya. Nika Çaçaşvili adında bir futbolçu var. Bu mövsüm cəmi bir oyunda meydanda olub, o da “Şəki” ilə kubok matçında. 2-ci liqa təmsilçisini keçmək üçün belə transfer edilib? Klubun sponsoru yoxdu. AFFA-nın ayırdığı 2 milyon yarım bunun üçün verilib? Güzəşt olundu, əvəzedici liqada iştirak etməmələrinə icazə verdilər. O pulun da üstünə bir az qoyub keyfiyyətsiz legionerlərdən birini gətiriblər.
İndi də yayda etdikləri seleksiya “davam edir”. Desələr ki, “Karvan-Yevlax” artıq üç transfer edib, düşünərəm ki, maşallah, qarşıya qoyduqları məqsədə çatırlar. Amma futbolçulara baxanda başa düşülür ki, həqiqətən də “Karvan-Yevlax” hazırlaşır, amma 1-ci liqaya. Üç futbolçudan biri Rauf Rüstəmlidi. Rauf gənc, keyfiyyətli futbolçudu. Amma nə “Sabah”a, nə də “Sumqayıt”a lazım deyil. Bu mövsüm cəmi 121 dəqiqə meydanda olub. Digər iki transferin yanında Rauf “toya getməlidi”. Yevlaxlılar elitada qalmaq üçün …1-ci liqadan futbolçu alır.
Samir Abdullayev “Mingəçevir”dən, Emin Rüstəmov “Səbail”dən alınıb. Hər halda, “Səbail” özünə lazım olan futbolçunu göndərməz. Elitanı hədəfləyən komandaya lazım olmayan futbolçunu elita təmsilçisi heyətinə qatır. Bu nə təzad, necə yanaşmadı?
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri