Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Manuel Noyer 39 yaşında hələ də “Bavariya” üçün önəmli simadı.
2011-ci ildən şərəfini qoruduğu Münhen nəhəngində 30 titul qazanan ünlü qapıçı karyerasını bitirməyə tələsmir.
Əksinə, onun “Bavariya” ilə yeni müqavilə imzalaması gündəmdədi.
Hətta Noyerin DÇ-2026 üçün yığmaya qayıda biləcəyi də ciddi şəkildə müzakirə olunur. O, yığma karyerasını ötən ilin avqustunda başa vurub.
Öz dönəminə damğa vurmuğ qapıçılardan olan və bundestim ilə 2014-də dünya çempionluğunu qazanan Noyer bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.
- 39 yaşda hələ də ən yüksək səviyyədə oynayırsız. Orqanizminiz buna necə tab gətirir?
Özünüzü necə formada saxlayırsız?- Bu sahəyə yeni gəlməmişəm. Nə etməli olduğumu gözəl bilirəm.
Peşəkar idmançı təkcə hər gün məşqə çıxmaqla kifayətlənməməlidi.