Icma.az
close
up
RU
“Karyeramı rekordları yeniləmək üzərində qurmamışam”

“Karyeramı rekordları yeniləmək üzərində qurmamışam”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Manuel Noyer 39 yaşında hələ də “Bavariya” üçün önəmli simadı. 2011-ci ildən şərəfini qoruduğu Münhen nəhəngində 30 titul qazanan ünlü qapıçı karyerasını bitirməyə tələsmir. Əksinə, onun “Bavariya” ilə yeni müqavilə imzalaması gündəmdədi. Hətta Noyerin DÇ-2026 üçün yığmaya qayıda biləcəyi də ciddi şəkildə müzakirə olunur. O, yığma karyerasını ötən ilin avqustunda başa vurub.

Öz dönəminə damğa vurmuğ qapıçılardan olan və bundestim ilə 2014-də dünya çempionluğunu qazanan Noyer bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.
- 39 yaşda hələ də ən yüksək səviyyədə oynayırsız. Orqanizminiz buna necə tab gətirir? Özünüzü necə formada saxlayırsız?
- Bu sahəyə yeni gəlməmişəm. Nə etməli olduğumu gözəl bilirəm. Peşəkar idmançı təkcə hər gün məşqə çıxmaqla kifayətlənməməlidi. Qidalanmasına, istirahətinə, oyunlardan sonra orqanizmin bərpasına, yuxusuna və sağlamlığına diqqət yetirməlidi. Uzun illər idmandasansa, artıq orqanizmin üçün nələrin daha yaxşı olduğunu bilirsən. Həyat tərzimi elə qururam ki, həmişə formada qalmağa çalışıram. Bu istək daxildən gələn bir ehtirasın və motivasiyanın nəticəsidi. Həmişə komandaya yardım etmək, yaxşı nəticələr göstərmək istəyirsən. Bunu həm də öz hədəflərin üçün edirsən. “Bavariya” ilə müqavilə imzalayan hər futbolçu üzərinə götürdüyü məsuliyyəti dərk edir və buna uyğun yaşamağa başlayır.
- Son xəbərlərə və etibarlı mənbələrə inansaq, “Bavariya” ilə müqavilə müddətinin yenilələnməsi haqda danışıq aparırsız. Klubda hələ nə qədər qalmaq istədiyinizə qərar vermisizmi?
- Bu mövzuda qarşıma heç bir hədəf qoymamışam. Ümumiyyətlə, gələcəyim haqda düşünmürəm. Sadəcə, indiki andan zövq almağa çalışıram. İndi yalnız təqvim ilini müsbət əhval-ruhiyyədə başa vurmaq istəyirəm. Yanvardan etibarən mövsümün ikinci hissəsi başlayacaq. Orda da ən azı martdakı yığma fasiləsinə qədər yaxşı nəticələr əldə etmək istəyirik. Məhz həmin yığma fasiləsində yeni müqavilə mövzusunda düşünməyə başlayacam. İndi isə bu mövzuda heç bir suala cavab verə bilməyəcəm. Bir çox amillər üst-üstə düşməli, eləcə də sağlamlığım qaydasında olmalıdı. Təbii ki, “Bavariya”nın mövqeyindən də çox şey asılı olacaq. Ona görə də hər şey danışıqlar masasında bəlli olacaq.
- Bu mövsüm “Bavariya”ın müdafiəsi sabit nəzərə çarpır. Dayo Upamekano və Conatan Ta kimi müdafiəçilərlə oynamaq xoşunuza gəlirmi?
- Əlbəttə. Əla müdafiəçilərdi. Həm bir-birini, həm də məni gözəl anlayırlar. İkisi də liderlik keyfiyyətlərinə malikdi. Mövsümün əvvəlindən bəri özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. İlk dəfə Klublararası Dünya Çempionatında birlikdə oynamağa başladılar və fikrimcə, oyundan oyuna bir-birini daha yaxşı anlayırlar. Özü də oyun tərzləri “Bavariya”ya uyğundu. Onların hər ikisi gənclər üçün yaxşı örnək olacaq.
- “Bavariya”da bir neçə nəsil ilə birlikdə oynamısız. İndiki heyəti başqalarından fərqləndirən nədi?
- Bəli, bu heyətimiz yetərincə güclü və rəqabətədavamlıdı. Özü də nəzərə alaq ki, hələ Camal Musiala ilə Alfonso Devisin xidmətindən yararlana bilmirik. Onlar da geri dönmək üzrədi. İlk dövrəni çox yaxşı səviyyədə keçiririk. Yay hazırlıq dönəmindən komandada əhval-ruhiyyə yüksəkdi və belə də davam edirik. Yaxşı formadayıq. Amma tempi aşağı salmamalı və qələbələr qazanmağa davam etməliyik. İlin sonuna qədər hələ bir neçə vacib oyunumuz var. Qalan matçlarda da qalib gəlsək, ilk dövrəni bizim üçün ideal saymaq olar.
- Yeri gəlmişkən, Musiala kimi səviyyəli futbolçunun qayıdışı ilə komanda gücünə güc qata biləcəkmi?
- Hər birimiz onun qayıdışını səbirsizliklə gözləyirik. Uzun müddətdi komandadan kənardadı və məşqlərdə iştirak edə bilmir. Müalicə kursu zamanı tez-tez tək qalmalı olur. Amma komandadan kənar qalmaq istəmir. Bunu həm kapitan, həm də onun komanda yoldsaşı kimi hiss edirəm. Eyni sözlər Devisə də aiddi. Fikrimcə, bir neçə həftəyə onlar artıq meydana çıxmağa hazır olacaqlar.
- “Bavariya”dan bu mövsüm Avropa arenasında nə gözləyək?
- Avropada yalnız bir turnirdə oynayırıq. Bacardığımız qədər irəliləmək istəyirik. Bilirik ki, bizi uzun və çətin yol gözləyir. Çempionlar Liqasında rəqabət güclüdü. Fikrimcə, ilk həftələrdə performansımızla diqqəti çəkməyi bacarmışıq. Bu turnirdə nəyəsə nail olmaq üçün üzərimizdə çalışmağa davam etməliyik.
- Baş məşqçi Vensan Kompani komandada əla ab-hava yaradıb. Oyunçulara təsir etməyi bacarır. Eyni zamanda müsahibələrində həmişə ağıllı və düşünülmüş ifadələr işlədir. Ümumiyyətlə, onun haqda fikirləriniz necədi?
- Kompani mətbuatla necə ünsiyyət qurmaq lazım olduğunu gözəl bilir. Çünki vaxtilə özü də böyük klublarda oynayıb. Eləcə də baş məşqçi kimi də təcrübəsi var. Bizlə açıq və konkret danışır. “Bavariya”nın necə oynamalı olduğunu bilir və oyunumuzun güclü yönlərini inkişaf etdirir. Bizə lazım olan dəyərli məsləhətləri verə bilir. Eyni zamanda daha öncə heç kimin tanımadığı bəzi gənc oyunçuları da komandanın oyununa cəlb etməyi bacarıb. Onun oyun tərzi və fəlsəfəsi o qədər yaxşı işləyir ki, həftəiçi matçlarında bəzən rotasiyadan uğurlu şəkildə istifadə edirik. Daimi oynamayan futbolçular da özlərini hazır tutmalı və lazım olduqda nəticə verməyi bacarmalıdılar. Yəni hiss olunur ki, komanda məşqçinin seçdiyi yolla irəliləyir.
- Onun məşqçilik tərzini qısaca necə xarakterizə edərdiz? Ümumiyyətlə, Kompanini başqa məşqçilərdən fərqləndirən nədi?
- Futbolçuların Kompaniya dəyər verməsinin əsas səbəbi odu ki, vaxtilə o özü yüksək səviyyədə oynamayıb. Yəni səviyyə baxımından elə bizimlə eynidi. Məşqçi karyerasına erkən başladı. Hətta futbolçu karyerasının son illərində oynayan məşqçi kimi çalışırdı. Yəni müasir futbol haqda hər cür biliyə malikdi. Kompani heç nəyi şansa buraxmaq istəmir. Danışıq tərzi də çox aydındı. Ona görə də özünə güvənən və liderlik etməyi bacaran insan təsiri bağışlayır. Uğur qazanmaq üçün tələb olunan hər şeyi bizə verə bilir. Həm də səmimi, ünsiyyətcil insandı. Yeri gələndə futbolçunu qucaqlayır və ya zədəli futbolçunun bərpası ilə yaxından maraqlanır. Yəni hər işin öhdəsindən gəlir. Az öncə dediyim kimi mətbuatla da münasibətləri yaxşıdı. Onun haqda bir çox pozitiv məqamlar söyləyə bilərəm.
- Ötən həftə bundesliqada 534-cü oyununuzu keçirməklə qapıçılar arasında bu göstəricidə ikinci pilləyə yüksəldiz. Sizi yalnız 557 oyun keçirən Oliver Kan üstələyir. Əsas hədəfləriniz arasında bu rekordu yeniləmək varmı?
- Bilmirəm. Karyeramı rekordları yeniləmək üzərində qurmamışam. Bunun əvəzinə indiki məqamdan zövq almağa və komanda ilə mümkün qədər çox uğur qazanmağa köklənmişəm. Bu o demək deyil ki, kimisə ötmək üçün mütləq daha çox oyun keçirməliyəm. Oliver Kan çox böyük bir əfsanədi. Öz yolu ilə gedib və möhtəşəm karyera qurub. İndi mən də öz yolumla gedirəm. Yəni konkret oyun sayı keçirmək naminə yox, sadəcə, sağlamlığım imkan verdiyi müddətdə oynamaq, futboldan zövq almaq istəyirəm.
- Belə fikir gəzir ki, rəqib oyunçular sizə qarşı təkbətək çıxmağı xoşlamır. Ümumiyyətlə, sizin qapıda olmağınız rəqiblərə psxioloji təzyiq göstərir. Bunu özünüz də hiss edirsizmi və bundan yararlanırsızmı?
- Açığı, “Bavariya”ya gələn gənc oyunçuları ilk dəfə gördükdə və onlarla salamlaşdıqda bəzən bunu hiss edirəm. Ancaq rəsmi oyunlarda bunu o qədər də çox hiss etdiyimi deməzdim. Çünki meydana çıxanlar özünü sübut etmiş futbolçulardı və hərənin öz tapşırığı olur. Onlar öz işlərini görməyə və topu mənim qoruduğum qapıdan keçirməyə çalışırlar. Sadəcə, təbətək epizodda təcrübəmə əsaslanıram və rəqibləri çaşdıra biləcəyim bir mövqe seçməyə çalışıram.
- Gələn yay daha bir mühüm turnir var. Dünya çempionatını nəzərdə tuturuq. Almaniya futbol ictimiaiyyətində bəziləri 2022-ci ildə Toni Kroosda olduğu kimi, bu dəfə sizin də bu turnir üçün yığmaya qaytarılmağınızı tələb edir. Bunun həyata keçməsi üçün nə baş verməlidi?
- Bilmirəm. Yığma karyeramı bitirmişəm və indiki anda bununla bağlı mövqeyim dəyişməyib. Məni indi mundial yox, “Bavariya”nın mövsümün qalan hissəsindəki çıxışı maraqlandırır. Çünki hər şey öz əlimizdədi və qatıldığımız bütün turnirlərin qalibi ola bilərik.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri