Kaş zibilə düşərdik... | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən qəti şəkildə əmin oldum ki, bu dünyada xoşbəxtlik hissi təkcə pul, vəzifə, istedad, ağılla yox, həm də uçduğum təyyarə göyün 12-ci qatında okean üstündən keçəndə xoruldamaq bacarığından keçir.
Ətrafda səfər yoldaşım görkəmli memar Elbay Qasımzadə ilə məndən başqa az qala hamı öz biznes klassında həm beşik, həm də qobura bənzəyən, oradakı hamı üçün hələlik beşiyi xatırladan yerində uzanıb 9 saatlıq uçuş boyu uzaq ellərə uçan durnalar kimi sanki təyyarənin içində səf almışdılar… Bəlkə də göyərtədə insan kimi də, göydə quş kimi də uzaqlara uçmağa xarakter, tale lazımdı… Uçmaq mənim üçün lap 10 metr yüksəklikdən, beş metr uzağa da olsa, həmişə məcburiyyət olub.
“Osaka 2025 Ekspo” məni sanki dünyanın o başında qurulan qaranquş yuvası boyda evimə, vətənimə səsləyirdi deyə, 8 min kilometr yolu uça-uça 12 saata getdim.
Dünyanın az qala əksər ölkələrinin sərgiləndiyi Yaponiya Eksposunda Azərbaycanı, doğma vətəni görmək, onun nümayişinə baxmaqdan gözəl bu həyatda öz vətənini sevən insan üçün başqa heç bir nəhənglik ola bilməz.
O sərgidə Azərbaycan bəlkə də yeganə pavilyondu ki, yaponların sakura gülü ilə nar çiçəklərini simvolizə edib, iki mədəniyyəti birləşdirib.
2021-ci ildəki Dubay Eksposundakı kimi bu dəfə də Azərbaycan öz sərgisini peşəkar qurub, konsepsiyasını düzgün müəyyən edib.
Saatda 800-lə gedəcək qatarımız yoxdur, əvəzində heç bir sürətin ötməyəcəyi Qarabağ atımız var.
Tam oxu
Xəbəri oxu