Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kaş zibilə düşərdik...

Kaş zibilə düşərdik...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən qəti şəkildə əmin oldum ki, bu dünyada xoşbəxtlik hissi təkcə pul, vəzifə, istedad, ağılla yox, həm də uçduğum təyyarə göyün 12-ci qatında okean üstündən keçəndə xoruldamaq bacarığından keçir. 

Ətrafda səfər yoldaşım görkəmli memar Elbay Qasımzadə ilə məndən başqa az qala hamı öz biznes klassında həm beşik, həm də qobura bənzəyən, oradakı hamı üçün hələlik beşiyi xatırladan yerində uzanıb 9 saatlıq uçuş boyu uzaq ellərə uçan durnalar kimi sanki təyyarənin içində səf almışdılar…

Bəlkə də göyərtədə insan kimi də, göydə quş kimi də uzaqlara uçmağa xarakter, tale lazımdı…

Uçmaq mənim üçün lap 10 metr yüksəklikdən, beş metr uzağa da olsa, həmişə məcburiyyət olub.

“Osaka 2025 Ekspo” məni sanki dünyanın o başında qurulan qaranquş yuvası boyda evimə, vətənimə səsləyirdi deyə, 8 min kilometr yolu uça-uça 12 saata getdim.

Dünyanın az qala əksər ölkələrinin sərgiləndiyi Yaponiya Eksposunda Azərbaycanı, doğma vətəni görmək, onun nümayişinə baxmaqdan gözəl bu həyatda öz vətənini sevən insan üçün başqa heç bir nəhənglik ola bilməz.

O sərgidə Azərbaycan bəlkə də yeganə pavilyondu ki, yaponların sakura gülü ilə nar çiçəklərini simvolizə edib, iki mədəniyyəti birləşdirib.

2021-ci ildəki Dubay Eksposundakı kimi bu dəfə də Azərbaycan öz sərgisini peşəkar qurub, konsepsiyasını düzgün müəyyən edib.

Saatda 800-lə gedəcək qatarımız yoxdur, əvəzində heç bir sürətin ötməyəcəyi Qarabağ atımız var.

Özü də bu dəfə sərgilədiyimiz heç nə abstrak təsir bağışlamır. Qarabağın atı da, xalçası da, gölləri, suları, quşları da öz yerində, yurdumun havasında, suyunda, torpağında, insanında nə varsa, hamısı əlimizdə, öz yerində…

Bütün nəhəng adamlar bilir ki, bu dünyada ən böyük güc səmimiyyətdir. Bəlkə də ona görə Azərbaycan pavilyonu bu dəfə də ən çox ziyarət olunanlardan biridir.

Az qala bütün dünyadan olan ziyartəçilər Nizaminin yeddi gözəlindən İlham Əliyevin suveren Azərbaycanına kimi min illik dövrü əhatə edən bir məmləkəti cəmi bir neçə yüz kvadrat metrdə görə bilir… Özü də tam şəkildə.

Əslində bu dünyada bütün ölkələr, bütün canlılar, hər nə varsa, onsuz ekspolu-eksposuz sərgilənir. Osaka Eksposunda mükəmməl çıxış etmək öz yerində, onsuz da vətənim Azərbaycan bu dünyanın yenidən şəkilləndiyi bir dövrdə öz qəhrəman övladları, şəhidləri, qaziləri, Müzəffər Ali Baş Komandanı ilə mükəmməl sərgilənir. Və vətənim buna hər şeyi ilə haqq edir…

Bir qədər də bu ada dövlətin, ada şəhəri Osaka haqqında…

Ümumiyyətlə, təkcə yeddi-səkkiz milyonluq Osakada deyil, 130 milyonluq Yaponiyada həyatın bu yüksək yerə gəlib çıxmasının səbəbi bir kəlmə ilə ifadə etsək, zibilə münasibətlə bağlıdır.

Silkələnib təkcə bu fakta nəzər yetirin, bu ölkədə torpağın satış vahidi hektarla, sotla yox e, kvadrat metrlə, kvadrart metri yüz minlərlə manatla ölçülür… Təsəvvür edirsiniz onu belə qiymətə mindirən nədir? Zibilə münasibət. 

Zibilə həyat kimi yanaşmaq, onu çeşidləmək, atmaq üçün xüsusi gün müəyyən etmək...

Osakada olduğumuz müddətdə heyətimiz siqarət çəkmək üçün yer tapa bilmədi, demək olar dörd gün siqarət çəkmədik. Hətta içimizdə az qala təyyarə tualetində siqarət çəkməyin yollarını axtaranlar dözdü dayandı, bir neçə qullabdan ötrü bir neçə yüz metr məsafə qət eləmək istəmədi.

Və beləcə həm şəhər təmiz qaldı, həm öz sinəsi…

Bizdə isə bu ildən yerə zibil atmaya görə kəsilən cəzalar az qala kütləvi etiraz doğurur. Bələdçilərimiz deyir ki, bu ölkədə adi bir velosipedi də almaq üçün gərək əvvəl saxlama yeri haqqında, dayanacağı haqqında məlumat verəsən.

Yaponların uğuru ilə bağlı hər şey demək olar ki, zibilə bağlanır. Elə pavilyonlarında da hər şeyi, elektrik enerjisini belə zibildən aldıqlarını sərgilyərlər.

2025-ci il, Osaka: Zibil və çirkli əraziləri müəyyən etmək və sonra sürətlə təmizləmək üçün smartfon proqramından istifadə edən sistem

Zibildən şəhər düzəltmək, enerji almaq, dünyanın ən dayanıqlı iqtisadiyyatını yaratmaq, bir sözlə, zibillikdə çiçək, Sakura yetişdirmək…

Axı bu nədənsə konfet düzəltməyin atalar sözü, yəni nəzəriyyəsi bizdə də mövcuddur…

Bəs onda yerə zibil atmamağa, zibilə çevrilməməyə, lap elə ağ zanbaqlar ölkəsini yaratmağa bizə nə mane olur axı?..

Ya finlərin fədəkar Snelmanları, ya yaponların samurayları kimi qalib-məğlub hamının qarşısında təzim edən bütün insanları ölkəsini yaratmağa nail olub.

Yaponiyada bir daha əmin oldum ki, insan baş əydikcə ucalırmış…

Zibili başa düşdük. Nədir axı bu?

Kim kimi görürsə təzim edib baş əyir, təşəkkür edir.

Bəlkə zibilə münasibət öz yerində, xoşbəxtliyin bir səbəbi də təşəkkür edib baş əyməklə bağlıdır.

İndiyə kimi içi mən qarışıq kim deyibsə, dünya birdi, yalan imiş. Yaponiya ayrı dünyadır.

Elbrus Ərud

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri