Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı

09.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı

“Real”ın sabiq qapıçısı İker Kasilyas oğullarını Madrid klubunun akademiyasından çıxarıb.

QOL.az AS nəşrin istinadən xəbər verir ki, buna səbəb onun böyük oğlu Martinin oyun vaxtının azalmasıdır. 

Məlumata görə, hər ikisi qapıçı olan 12 yaşlı Martin və 10 yaşlı qardaşı Lukas iki mövsüm çıxış etdikləri “La Fabrika” akademiyasını tərk ediblər. Martinin öz yaş qrupunun əsas komandasına daxil edilməməsi və ABŞ-ın Orlando şəhərində keçirilən turnirə aparılmaması Kasilyasın bu qərarı verməsinə səbəb olub.

Bildirilir ki, sabiq qapıçının qərarı sırf idman amilləri ilə bağlıdır. “Real” rəhbərliyi də Kasilyasın oğullarının akademiyadan ayrılmasından xəbərdardır.

Qeyd edək ki, İker Kasilyas 1999-2015-ci illərdə “Real”ın formasını geyinib. O, Madrid təmsilçisinin heyətində 725 oyun keçirib, 5 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью