Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın sabiq qapıçısı İker Kasilyas oğullarını Madrid klubunun akademiyasından çıxarıb.
QOL.az AS nəşrin istinadən xəbər verir ki, buna səbəb onun böyük oğlu Martinin oyun vaxtının azalmasıdır.
Məlumata görə, hər ikisi qapıçı olan 12 yaşlı Martin və 10 yaşlı qardaşı Lukas iki mövsüm çıxış etdikləri “La Fabrika” akademiyasını tərk ediblər. Martinin öz yaş qrupunun əsas komandasına daxil edilməməsi və ABŞ-ın Orlando şəhərində keçirilən turnirə aparılmaması Kasilyasın bu qərarı verməsinə səbəb olub.
Bildirilir ki, sabiq qapıçının qərarı sırf idman amilləri ilə bağlıdır. “Real” rəhbərliyi də Kasilyasın oğullarının akademiyadan ayrılmasından xəbərdardır.
Qeyd edək ki, İker Kasilyas 1999-2015-ci illərdə “Real”ın formasını geyinib. O, Madrid təmsilçisinin heyətində 725 oyun keçirib, 5 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















