Icma.az bildirir, Mia.az portalına istinadən. HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Kassam Tuqayları gələcək addımları barədə qısa bəyanat
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda atəşkəsi heç vaxt öz tərəflərindən pozmayacaqları bildirilib.
Əlavə olunub ki, İsrauil ordusu hərəkət etməzsə, onlar sakitcə öz mövqelərində gözləyəcəklər: "Nə qədər ki, İsrail razılaşmaya əməl edəcək, biz də razılaşmaya və müəyyən edilmiş vaxt cədvəlinə əməl edəcəyik".
Qruplaşmanın silahlı qanadı daha sonra hazırkı vəziyyəti Qəzzalıların qətiyyəti və dözümü ilə əldə etdiklərini bəyan edib: "Atəşkəs və əsir mübadiləsi razılaşması Fələstin xalqının qətiyyəti və müqavimətinin nəticəsidir.
Düşmən gücünə və kəşfiyyatına baxmayaraq, hərbi təzyiq yolu ilə əsirlərini geri ala bilmədi.
İndi isə əsir mübadiləsi anlaşmasına boyun əyərək, əsirlərini geri alır".
Tahir Şəlvəli MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.