Kassam Tuqayları : Nə qədər ki, İsrail razılaşmaya əməl edəcək, biz də...
Icma.az bildirir, Mia.az portalına istinadən.
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Kassam Tuqayları gələcək addımları barədə qısa bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda atəşkəsi heç vaxt öz tərəflərindən pozmayacaqları bildirilib.
Əlavə olunub ki, İsrauil ordusu hərəkət etməzsə, onlar sakitcə öz mövqelərində gözləyəcəklər: "Nə qədər ki, İsrail razılaşmaya əməl edəcək, biz də razılaşmaya və müəyyən edilmiş vaxt cədvəlinə əməl edəcəyik".
Qruplaşmanın silahlı qanadı daha sonra hazırkı vəziyyəti Qəzzalıların qətiyyəti və dözümü ilə əldə etdiklərini bəyan edib: "Atəşkəs və əsir mübadiləsi razılaşması Fələstin xalqının qətiyyəti və müqavimətinin nəticəsidir. Düşmən gücünə və kəşfiyyatına baxmayaraq, hərbi təzyiq yolu ilə əsirlərini geri ala bilmədi. İndi isə əsir mübadiləsi anlaşmasına boyun əyərək, əsirlərini geri alır".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















