Kataliz və Qeyri üzvi Kimya İnstitutunun 90, akademik Toğrul Şahtaxtinskinin 100 illiyinə …
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC Oktyabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı-alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb.Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Konfransın açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılan tədqiqatlar dünya alimlərinin diqqətini ölkə elminə yönəldib.
İnstitutun ölkəmizə görkəmli alimlər bəxş etdiyini söyləyən AMEA rəhbəri həmin alimlərdən biri olan akademik Toğrul Şahtaxtinskinin zəngin yaradıcılığı barədə məlumat verib.
Bildirib ki, akademik Toğrul Şahtaxtinski uzun müddət Azərbaycan Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib, AMEA-nın inkişafında, elmi-təşkilati fəaliyyətində mühüm rol oynayıb.
Akademik İsa Həbibbəyli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi məktəblərin formalaşdığını vurğulayıb.
AMEA rəhbəri institutun dünya elminin qarşıya qoyduğu yüksək tələblərə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edərək deyib: “Modernləşmə prosesi nəticəsində institutun fəaliyyəti yenidən qurulub, kimya elminin aktual problemləri üzrə tədqiqatlar genişləndirilib, yeni elmi istiqamətlər müəyyənləşdirilib.
İnstitut əməkdaşlarının məqalələri kollektivin elmi intellektual səviyyəsini, Azərbaycan elminə gətirdiyi yenilikləri, eləcə də institutun dünya elmində tutduğu yeri əyani şəkildə təsəvvür etməyə imkan verir”.Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev rəhbəri olduğu müəssisənin fəaliyyəti və akademik Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Tam oxu
Xəbəri oxu