Kaya Kallas: Ukraynada vəziyyət son dərəcə ağırdır

16.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə keçirilən sammitdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirməli, o cümlədən qarşıdan gələn sərt qış mövsümünü geridə qoymasına kömək etməlidir.

“Buna görə də ukraynalılara müqavimət göstərmək və ölkələrini müdafiə etmək üçün kömək etməliyik”, – deyə Kallas vurğulayıb.

O bildirib ki, Avropa İttifaqı liderləri bu gün dondurulmuş Rusiya aktivləri məsələsini yenidən müzakirə edəcəklər.

“Biz razılaşmışıq ki, Rusiya Ukraynaya təzminat ödəyənə qədər dondurulmuş aktivləri geri qaytarmayacağıq”, – deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.

Kallas, həmçinin Avropa İttifaqının ABŞ-dakı tərəfdaşlarını Moskvaya təzyiqi artırmağın zəruriliyinə inandırmağa çalışdığını bildirib.

“Ancaq gördüyünüz kimi, hazırda amerikalı müttəfiqlərimizlə vəziyyət olduqca mürəkkəbdir”, – deyə o əlavə edib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью