Kaya Kallas: Ukraynada vəziyyət son dərəcə ağırdır
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə keçirilən sammitdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirməli, o cümlədən qarşıdan gələn sərt qış mövsümünü geridə qoymasına kömək etməlidir.
“Buna görə də ukraynalılara müqavimət göstərmək və ölkələrini müdafiə etmək üçün kömək etməliyik”, – deyə Kallas vurğulayıb.
O bildirib ki, Avropa İttifaqı liderləri bu gün dondurulmuş Rusiya aktivləri məsələsini yenidən müzakirə edəcəklər.
“Biz razılaşmışıq ki, Rusiya Ukraynaya təzminat ödəyənə qədər dondurulmuş aktivləri geri qaytarmayacağıq”, – deyə Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Kallas, həmçinin Avropa İttifaqının ABŞ-dakı tərəfdaşlarını Moskvaya təzyiqi artırmağın zəruriliyinə inandırmağa çalışdığını bildirib.
“Ancaq gördüyünüz kimi, hazırda amerikalı müttəfiqlərimizlə vəziyyət olduqca mürəkkəbdir”, – deyə o əlavə edib.
Həmidə İbrahimova
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















