Kayserispor yeni baş məşqçi ilə anlaşdı

29.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kayserispor"un yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kayseri təmsilçisi Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısı Sergey Jakiroviçlə 1,5 illik müqavilə imzalayıb.

Ötən ilin sentyabrında Zaqreb "Dinamo"su ilə yollarını ayıran 48 yaşlı mütəxəssis karyerası ərzində "Sesvete" (Xorvatiya), "Qorica" (Xorvatiya), "Maribor" (Sloveniya), "Zrinjski Mostar" (Bosniya və Herseqovina) və "Riyeka" (Xorvatiya)  kimi komandaların "sükanı arxasında" olub.     

Qeyd edək ki, "Kayserispor" Türkiyə çempionatının XXI həftəsində "Sivasspor"a səfərdə 5:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Sinan Kaloğlu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью