Kayserispor yeni baş məşqçi ilə anlaşdı
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kayserispor"un yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kayseri təmsilçisi Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısı Sergey Jakiroviçlə 1,5 illik müqavilə imzalayıb.
Ötən ilin sentyabrında Zaqreb "Dinamo"su ilə yollarını ayıran 48 yaşlı mütəxəssis karyerası ərzində "Sesvete" (Xorvatiya), "Qorica" (Xorvatiya), "Maribor" (Sloveniya), "Zrinjski Mostar" (Bosniya və Herseqovina) və "Riyeka" (Xorvatiya) kimi komandaların "sükanı arxasında" olub.
Qeyd edək ki, "Kayserispor" Türkiyə çempionatının XXI həftəsində "Sivasspor"a səfərdə 5:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Sinan Kaloğlu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















