“Kayzerslautern”də qalır, ya gedir? Mahirin anasından açıqlama

12.06.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Kayzerslautern”in şərəfini qoruyan Mahir Emreli yığmanın heyətində Malta və San Marinoya qarşı oyunlarda zəif çıxışla yadda qaldı. Hücumlarda fəal olmağa çalışsa da, fürsətləri dəyərləndirə bilməyən futbolçu nə qol vurdu, nə də məhsuldar ötürmə verdi.

Bəs, o, indi hardadı? Növbəti mövsümə hansı komandada başlayacağı dəqiqləşibmi? Axı hücumçunun adı sabiq klubu “Nürnberq” və Cənubi Kipr APOEL-i ilə hallanır.
Bu suallara cavab tapmaq üçün Mahirin anası Elnurə Emreliylə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Mahir hazırda Türkiyədədi. İstirahət edir. İstirahəti bitdikdən sonra qərarını verəcək”.


Xatırladaq ki, Emreli başa çatan mövsümün əvvəlində “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. Bu yaxınlarda Almaniya mətbuatında əvvəlcə “qırmızı iblislər”in onu icarəyə göndərmək istədiyi haqda xəbər yayılsa da, sonradan komandada qala biləcəyi ehtimalının daha böyük olduğu iddia edildi.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью