“Kayzerslautern”də qalır, ya gedir? Mahirin anasından açıqlama
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kayzerslautern”in şərəfini qoruyan Mahir Emreli yığmanın heyətində Malta və San Marinoya qarşı oyunlarda zəif çıxışla yadda qaldı. Hücumlarda fəal olmağa çalışsa da, fürsətləri dəyərləndirə bilməyən futbolçu nə qol vurdu, nə də məhsuldar ötürmə verdi.
Bəs, o, indi hardadı? Növbəti mövsümə hansı komandada başlayacağı dəqiqləşibmi? Axı hücumçunun adı sabiq klubu “Nürnberq” və Cənubi Kipr APOEL-i ilə hallanır.
Bu suallara cavab tapmaq üçün Mahirin anası Elnurə Emreliylə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Mahir hazırda Türkiyədədi. İstirahət edir. İstirahəti bitdikdən sonra qərarını verəcək”.
Xatırladaq ki, Emreli başa çatan mövsümün əvvəlində “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. Bu yaxınlarda Almaniya mətbuatında əvvəlcə “qırmızı iblislər”in onu icarəyə göndərmək istədiyi haqda xəbər yayılsa da, sonradan komandada qala biləcəyi ehtimalının daha böyük olduğu iddia edildi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:Kayzerslautern rəhbərliyi Mahirin paylaşımlarından narazı qalıb
17 Oktyabr 2025 12:14
Mahir Emreli qərarını verdi: “Kayzerslautern”də qalır, yoxsa gedir?
29 Dekabr 2025 10:16
Mahirin yeni ünvanı: qırmızı iblislər 125 yaşlı Kayzerslautern haqda
23 İyun 2025 16:18
“Bu dəfə hədəflərinə çatmaq şansı daha çoxdu” Mahirin “Kayzerslautern” seçimi haqda
21 İyun 2025 10:33
“Kayzerslautern” bu gün Mahirin keçidini açıqlaya bilər! onun qum saatı dolmaq üzrədi...
24 İyun 2025 17:34
Baxış sayı:160
Bu xəbər 12 İyun 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















