Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. "Mehr İslamda qadının hüquqlarından biridir və nikahın şərti deyil, tələbi halal ola
Mehrin verilməsi, qadının alınıb-satılması deyil, onun ailə həyatına daxil olması zamanı şəri və hüquqi təhlükəsizliyinin təminatıdır.
Mehr ailə qurarkən qadına edilən maddi və mənəvi dəyərin göstəricisidir.
Bu, kişinin borcudur, qadınınsa haqqı".Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, Qurani-Kərimdə bu məsələ çox aydın şəkildə izah olunur: "Nisa surəsi, 4-cü ayədə bildirilir ki, qadınlara mehrlər könüllü şəkildə verilməlidir.
Bu ayə göstərir ki, mehr veriləsi bir borcdur və qadın bunu istəmək haqqına malikdir.
Lakin istəmək vacib deyil, qadın istəməzsə, mehr bağışlana bilər. Bu da yenə qadının istəyindən asılıdır.
Başqa bir ayədə isə belə buyurulur ki, qadınlara yük dolusu mehr də versəniz, sonra boşansanız belə verdiyinizdən heç nə geri almayın.Bu ayə mehrin az və ya çox olmasından asılı olmayaraq qadının halal haqqı olduğunu, verildiyi halda geri alınmasının ədalətsizliyə səbəb olacağını bildirir".İlahiyyatçının sözlərinə görə, alimlər bu məsələdə yekdilliklə bildirirlər ki, mehr nikahın rüknü (əsas şərti) deyil, onun lazım olan tamamlayıcı hissəsidir:"Yəni mehr təyin edilmədən də nikah sahihdir, amma sonradan qadın bunu tələb edə bilər və kişi verməyə borcludur.