Icma.az
close
up
RU
Kəbin zamanı mehr verilməsə nikah həqiqi sayılırmı? İlahiyyatçıdan AÇIQLAMA

Kəbin zamanı mehr verilməsə nikah həqiqi sayılırmı? İlahiyyatçıdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Mehr İslamda qadının hüquqlarından biridir və nikahın şərti deyil, tələbi halal olan haqqıdır. Mehrin verilməsi, qadının alınıb-satılması deyil, onun ailə həyatına daxil olması zamanı şəri və hüquqi təhlükəsizliyinin təminatıdır. Mehr ailə qurarkən qadına edilən maddi və mənəvi dəyərin göstəricisidir. Bu, kişinin borcudur, qadınınsa haqqı".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, Qurani-Kərimdə bu məsələ çox aydın şəkildə izah olunur: 
"Nisa surəsi, 4-cü ayədə bildirilir ki, qadınlara mehrlər könüllü şəkildə verilməlidir.
Bu ayə göstərir ki, mehr veriləsi bir borcdur və qadın bunu istəmək haqqına malikdir. Lakin istəmək vacib deyil, qadın istəməzsə, mehr bağışlana bilər. Bu da yenə qadının istəyindən asılıdır.
Başqa bir ayədə isə belə buyurulur ki, qadınlara yük dolusu mehr də versəniz, sonra boşansanız belə verdiyinizdən heç nə geri almayın.
Bu ayə mehrin az və ya çox olmasından asılı olmayaraq qadının halal haqqı olduğunu, verildiyi halda geri alınmasının ədalətsizliyə səbəb olacağını bildirir".
İlahiyyatçının sözlərinə görə, alimlər bu məsələdə yekdilliklə bildirirlər ki, mehr nikahın rüknü (əsas şərti) deyil, onun lazım olan tamamlayıcı hissəsidir:
"Yəni mehr təyin edilmədən də nikah sahihdir, amma sonradan qadın bunu tələb edə bilər və kişi verməyə borcludur. Şəriət mehrin təyinini və verilməsini təşviq edir, amma bunun üzərində zorakılıq, israf, maddiyyat sövdələşməsi aparmaq doğru deyil. Bəziləri mehri baha etməklə sanki ailə qurmağa “bariyer” qoyur. Halbuki, Peyğəmbər (s) mehrin ağırlaşdırılmasını tənqid etmişdir. 
Əgər qadın mehrini istəməzsə və ya sonradan ərinə bağışlayarsa, bu hal da şəriət baxımından qəbul olunur. 
Son olaraq xatırlatmaq yerinə düşər ki, mehrin özünü məqsədə çevirmək, ailənin mənəviyyatını unudaraq bu məsələyə bazar təfəkkürü ilə yanaşmaq İslamın ruhuna ziddir. Əsl məqsəd qarşılıqlı sevgi, etimad və hörmətlə qurulan bir ailədir. Mehr isə bu ailənin hüquqi və iqtisadi baxımdan qorunmasını təmin edən vacib bir vasitədir, məqsəd deyil"
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri