Keçən il Aİ ölkələrindən 3400 dən çox Gürcüstan vətəndaşı deportasiya edilib

01.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 1 fevral, AZƏRTAC

2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.

Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.

İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью