Keçən il Aİ ölkələrindən 3400 dən çox Gürcüstan vətəndaşı deportasiya edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 1 fevral, AZƏRTAC
2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.
Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.
İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Aİ ölkələri 4 mindən çox Gürcüstan vətəndaşını deportasiya etdi
23 Yanvar 2025 15:32
Aİ ölkələrindən Rusiya neftinə tələbat
14 Yanvar 2025 10:32
2600 dən çox gürcü Aİ dən deportasiya edilib
20 Oktyabr 2025 23:32
Keçən il Gürcüstan ərazisindən 25,165 milyard kubmetr təbii qaz nəql edilib
25 Yanvar 2026 21:14
Aİ ölkələrindən biri Rusiyaya şərab ixracını artırıb
21 Dekabr 2024 22:57
Baxış sayı:67
Bu xəbər 01 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















