Keçmiş diplomat hakim qarşısında Məndə ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən... | I…
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər Emil İbrahimovun onlarla yanaşı əyləşməsi barədə vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin edib. Daha sonra məhkəmə istintaqı açıq elan olunub. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb.
Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər.
Onların arasında mübahisə zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyəsindən bir dəfə vurub.
İttihama münasibət bildirən E.İbrahimov özünü təqsirli bilməyib və itthamı qəbul etməyib.
Tam oxu
Xəbəri oxu