Icma.az
close
up
RU
Keçmiş diplomat hakim qarşısında Məndə ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən...

Keçmiş diplomat hakim qarşısında Məndə ona yumruq atdım, bu zaman qarın nahiyyəmdən...

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər Emil İbrahimovun onlarla yanaşı əyləşməsi barədə vəsatət veriblər.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra məhkəmə istintaqı açıq elan olunub.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında mübahisə zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyəsindən bir dəfə vurub.

İttihama münasibət bildirən E.İbrahimov özünü təqsirli bilməyib və itthamı qəbul etməyib.

Daha sonra zərərçəkmiş qismində Kamal Şükürov ifadə verib. O bildirib ki, hadisədən əvvəl E.İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb:

"Hadisə günü adını sonradan öyrəndiyim Eminlə rastlaşdım. Biz çiyin-çiyinə toxunduq. Mən ondan üzr istəmək istəyən zaman söyüşlə cavab verdi. Biz bir-birimizin yaxasından yapışan zaman mənə yumruq atdı. Məndə ona yumruq atdım. Bu zaman qarın nahiyyəmdən istilik hiss etdim, yerə çökdüm. Baxanda qarnından qan axdığını gördüm. Sonra mən təcili yardıma və polisə zəng etdim. Məni xəstəxanaya apardılar. Əməliyyat olundum".

Daha sonra zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıq yoxdur. O, təqsirləndirilən şəxsə dövlətin təyin etdiyi qanunlarla cəzalandırılmasını istəyib.

Proses martın 12-də davam etdiriləcək.

Qeyd edək ki, sabiq diplomata istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri