Keçmiş nazir 20 Yanvarla bağlı qaranlıq məqamları açıqladı “Bir çox suallar hələ də cavabs…
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“1990-cı il 20 yanvar faciəsi zaman keçdikcə tarixdən uzaqlaşsa da, həmin dövrdə baş verən bir çox hadisə və faktlar hələ də cəmiyyətin lazımi diqqətindən kənarda qalır”.“AzPolitika” bildirir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, “ittifaq mərkəzi” və onun Azərbaycandakı “beşinci kolonu” qanlı hərbi müdaxiləni əsaslandırmaq üçün cinayətkar üsullarla saxta təbliğat bəhanələri formalaşdırmağa çalışıb, lakin bu prosesin bir çox məqamları indiyədək araşdırılmayıb.T.Zülfüqarov qeyd edib ki, həmin dövrlə bağlı cavabsız suallar kifayət qədərdir.
O, xüsusilə “ermənilərin və rusların poqromları” adlandırılan hadisələrin sovet xüsusi xidmət orqanlarının agentləri tərəfindən təşkil edildiyi halda, respublikada bütün hakimiyyəti ələ alan hərbi komendantlıqların niyə bir dənə də olsun cinayət işi açmadığını və heç bir məhkəmə prosesinin keçirilmədiyini sual edib.Keçmiş nazir vurğulayıb ki, Xalq Cəbhəsinin fəalları və Əfqanıstan müharibəsi veteranları təxribatçıları tutaraq milisə təhvil versələr də, onların hamısı sonradan azadlığa buraxılıb.
Eyni zamanda, hərbi komendantlıqların məlumatlarında “silahlı ekstremistlərin” saxlanıldığı bildirilsə də, onların heç biri məhkəmə qarşısına çıxarılmayıb.
Tofiq Zülfüqarov diqqətə çatdırıb ki, xüsusi xidmət orqanları Salyan kazarmalarının ərazisinin Dövlət Təchizat Komitəsinin binasının damından snayperlər tərəfindən atəşə tutulmasını imitasiya etsələr də, yenə də heç bir “silahlı döyüşçü” saxlanılmayıb.Suallar bununla bitmir.
Keçmiş nazir Bakıda hərbi məktəbdə “qiyamın” kim tərəfindən və hansı məqsədlə imitasiya edildiyini, DİN-in şəxsi heyətinin silahlarının niyə möhürlənərək faktiki olaraq hadisələrə müdaxiləsinin qadağan edildiyini də xatırladıb.Tofiq Zülfüqarov bildirib ki, respublika DTK-sı hətta Moskvadan gəlmiş rəhbərliklə görüş zamanı Dzerjinski adına klubun akt zalında avtomatlı hərbçilərin açıq şəkildə balkonlara yerləşdirilməsi ilə təzyiq altında saxlanılıb.Keçmiş XİN rəhbəri sual edib ki, AzTV-nin elektrik yarımstansiyasını kimin partlatdığı, eləcə də yanvarın 9, 10 və 11-də “ekstremist kütlənin” Mərkəzi Komitə binasına Moskva xüsusi təyinatlılarının lülələri qarşısında hücum etməsinin kimlər tərəfindən və nə məqsədlə planlaşdırıldığı bu günə qədər aydınlaşdırılmayıb.T.Zülfüqarov sonda qeyd edib ki, bütün bu “qəribəliklərin” hamısını sadalamaq mümkün olmasa da, “imperiyaçı təxribatçıların” tətbiq etdiyi taktikanın mahiyyəti tam aydındır.Rasim Əliyev“AzPolitika.info” Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu