Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Keçmiş nazir 20 Yanvarla bağlı qaranlıq məqamları açıqladı “Bir çox suallar hələ də cavabsız qalır”

Keçmiş nazir 20 Yanvarla bağlı qaranlıq məqamları açıqladı “Bir çox suallar hələ də cavabsız qalır”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“1990-cı il 20 yanvar faciəsi zaman keçdikcə tarixdən uzaqlaşsa da, həmin dövrdə baş verən bir çox hadisə və faktlar hələ də cəmiyyətin lazımi diqqətindən kənarda qalır”.

“AzPolitika” bildirir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, “ittifaq mərkəzi” və onun Azərbaycandakı “beşinci kolonu” qanlı hərbi müdaxiləni əsaslandırmaq üçün cinayətkar üsullarla saxta təbliğat bəhanələri formalaşdırmağa çalışıb, lakin bu prosesin bir çox məqamları indiyədək araşdırılmayıb.

T.Zülfüqarov qeyd edib ki, həmin dövrlə bağlı cavabsız suallar kifayət qədərdir. O, xüsusilə “ermənilərin və rusların poqromları” adlandırılan hadisələrin sovet xüsusi xidmət orqanlarının agentləri tərəfindən təşkil edildiyi halda, respublikada bütün hakimiyyəti ələ alan hərbi komendantlıqların niyə bir dənə də olsun cinayət işi açmadığını və heç bir məhkəmə prosesinin keçirilmədiyini sual edib.

Keçmiş nazir vurğulayıb ki, Xalq Cəbhəsinin fəalları və Əfqanıstan müharibəsi veteranları təxribatçıları tutaraq milisə təhvil versələr də, onların hamısı sonradan azadlığa buraxılıb. Eyni zamanda, hərbi komendantlıqların məlumatlarında “silahlı ekstremistlərin” saxlanıldığı bildirilsə də, onların heç biri məhkəmə qarşısına çıxarılmayıb.

Tofiq Zülfüqarov diqqətə çatdırıb ki, xüsusi xidmət orqanları Salyan kazarmalarının ərazisinin Dövlət Təchizat Komitəsinin binasının damından snayperlər tərəfindən atəşə tutulmasını imitasiya etsələr də, yenə də heç bir “silahlı döyüşçü” saxlanılmayıb.

Suallar bununla bitmir. Keçmiş nazir Bakıda hərbi məktəbdə “qiyamın” kim tərəfindən və hansı məqsədlə imitasiya edildiyini, DİN-in şəxsi heyətinin silahlarının niyə möhürlənərək faktiki olaraq hadisələrə müdaxiləsinin qadağan edildiyini də xatırladıb.

Tofiq Zülfüqarov bildirib ki, respublika DTK-sı hətta Moskvadan gəlmiş rəhbərliklə görüş zamanı Dzerjinski adına klubun akt zalında avtomatlı hərbçilərin açıq şəkildə balkonlara yerləşdirilməsi ilə təzyiq altında saxlanılıb.

Keçmiş XİN rəhbəri sual edib ki, AzTV-nin elektrik yarımstansiyasını kimin partlatdığı, eləcə də yanvarın 9, 10 və 11-də “ekstremist kütlənin” Mərkəzi Komitə binasına Moskva xüsusi təyinatlılarının lülələri qarşısında hücum etməsinin kimlər tərəfindən və nə məqsədlə planlaşdırıldığı bu günə qədər aydınlaşdırılmayıb.

T.Zülfüqarov sonda qeyd edib ki, bütün bu “qəribəliklərin” hamısını sadalamaq mümkün olmasa da, “imperiyaçı təxribatçıların” tətbiq etdiyi taktikanın mahiyyəti tam aydındır.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri