525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) tanınmış videobloger Albert İsakovun iştirakı ilə "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar" mövzusunda dəyirmi masa müzakirələri keçirilib.
525.az xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev normallaşma prosesindəki çətinliklər və perspektivlər barədə çıxış edib.
BMTM sədri bildirib ki, Ermənistan və bəzi Qərb dairələri Azərbaycan-Ermənistan münaqişəsinin tarixini Sumqayıt hadisələri ilə əlaqələndirmək və fərqli narrativlər irəli sürməyə çalışsalar da, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər əsl həqiqəti ortaya qoyur.
F.Şəfiyev, həmçinin üçüncü qüvvələrin Cənubi Qafqaz regionuna müdaxiləsinin sülh qarşısındakı əsas maneələrdən biri olduğunu əlavə edib.
Daha sonra çıxış edən əslən Azərbaycandan olan, hazırda Kanadada yaşayan videobloger Albert İsakov Azərbaycan və Ermənistan arasında münaqişənin baş vermə səbəbləri və informasiya məkanındakı tendensiyalar barədə fikirlərini bölüşüb.
O, 44 günlük müharibə zamanı Ermənistanın manipulyativ, təhrif olunmuş məlumatlar yaydığını və erməni ictimaiyyətinin yanlış təbliğatın qurbanı olduğunu qeyd edib.
“Keçmişi tam unudaraq gələcəyə baxmaq mümkün deyil. Sülh və gələcək haqqında danışırıqsa, keçmişdə baş verənləri görməzdən gələ, onlara mücə