Icma.az
close
up
RU
Keçmişi tam unudaraq gələcəyə baxmaq mümkün deyil Videobloger Albert İsakov

Keçmişi tam unudaraq gələcəyə baxmaq mümkün deyil Videobloger Albert İsakov

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) tanınmış videobloger Albert İsakovun iştirakı ilə "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar" mövzusunda dəyirmi masa müzakirələri keçirilib.

525.az xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev normallaşma prosesindəki çətinliklər və perspektivlər barədə çıxış edib.

BMTM sədri bildirib ki, Ermənistan və bəzi Qərb dairələri Azərbaycan-Ermənistan münaqişəsinin tarixini Sumqayıt hadisələri ilə əlaqələndirmək və fərqli narrativlər irəli sürməyə çalışsalar da, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər əsl həqiqəti ortaya qoyur.

F.Şəfiyev, həmçinin üçüncü qüvvələrin Cənubi Qafqaz regionuna müdaxiləsinin  sülh qarşısındakı əsas maneələrdən biri olduğunu əlavə edib.

Daha sonra çıxış edən əslən Azərbaycandan olan, hazırda Kanadada yaşayan videobloger Albert İsakov Azərbaycan və Ermənistan arasında münaqişənin baş vermə səbəbləri və informasiya məkanındakı tendensiyalar barədə fikirlərini bölüşüb. O, 44 günlük müharibə zamanı Ermənistanın manipulyativ, təhrif olunmuş məlumatlar yaydığını və erməni ictimaiyyətinin yanlış təbliğatın qurbanı olduğunu qeyd edib.

“Keçmişi tam unudaraq gələcəyə baxmaq mümkün deyil. Sülh və gələcək haqqında danışırıqsa, keçmişdə baş verənləri görməzdən gələ, onlara mücərrəd hadisələr kimi yanaşa bilmərik”,- deyə A. İsakov bildirib.

Ermənistan ictimai-siyasi həyatında zaman-zaman baş qaldıran revanşist təşəbbüslər, mitinqlər barədə danışan İsakov rəsmi İrəvanın bu istiqamətdə daha sərt addımlar atmalı olduğunu əlavə edib:

“Azəbaycan haqqında təhrif olunmuş fikirləri yaymaq niyyəti daşıyanlara demokratiya pərdəsi altında şərait yaradılmamalıdır”.

Dəyirmi masa sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, bu ilin yanvarında Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışının videoyazısını yayıb. Çıxışı zamanı Petrosyan “Ermənistanı başqa millətlərdən təmizləmək”dən fəxr hissi keçirir və etiraf edir ki, Ermənistanda və Qarabağdakı azərbaycanlıların öz yurdlarından didərgin salınması erməni millətçilərinin siyasətinin əsas hissəsini təşkil edirdi.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri