Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Rafael HÜSEYNOV,Milli Məclisin sədr müavini, akademik İlimizin bitəcəyində “Azərbaycan
Həyatını itirənlərə Allahdan rəhmət, onların doğmalarına, yaxınlarına səbir və dözüm diləyirik.
Əslində, bu qüssəli gündə o dərd hamımızındır. İnsan olan belə faciəyə necə biganə qala bilər?!
Qəzadan sağ qurtaranlara Allahdan şəfa umuruq və dualarımız onlarladır. Hər insan Allahın müstəsna və təkrarı olmayan tək əsəridir.
Labüd ölümdən salamat qurtararaq yeni ömür qazanmış sərnişinlərin varlığı təyyarə pilotlarının sözə sığmayan qəhrəmanlığı sayəsində mümkün olmuşdur.
Bircə həyatı belə xilas etmək Pərvərdigar dərgahında Cənnəti qazanmaqdır.
Can şirindir, ölümün hənirini lap yaxından hiss edəndə insan ağlından, iradəsindən daha çox hisslərinə tabe olur.
Ölüm təhlükəsinin nə qədər yaxın olduğunu qəza enişi etməyə çalışan təyyarədə hamıdan daha aydın duyan, əlbəttə ki, hava gəmisini idarə edənlər idi.