Icma.az
close
up
RU
Kədərimiz və inamımız

Kədərimiz və inamımız

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik

İlimizin bitəcəyində “Azərbaycan Hava Yolları” şirkətinə məxsus, Bakı-Qroznı reysini yerinə yetirən J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Aktau şəhərinin 3 kilometrliyində qəzaya uğraması son dərəcə sarsıdıcı xəbər oldu.

Həyatını itirənlərə Allahdan rəhmət, onların doğmalarına, yaxınlarına səbir və dözüm diləyirik. Əslində, bu qüssəli gündə o dərd hamımızındır. İnsan olan belə faciəyə necə biganə qala bilər?! Qəzadan sağ qurtaranlara Allahdan şəfa umuruq və dualarımız onlarladır. Hər insan Allahın müstəsna və təkrarı olmayan tək əsəridir.

Labüd ölümdən salamat qurtararaq yeni ömür qazanmış sərnişinlərin varlığı təyyarə pilotlarının sözə sığmayan qəhrəmanlığı sayəsində mümkün olmuşdur.

Bircə həyatı belə xilas etmək Pərvərdigar dərgahında Cənnəti qazanmaqdır.

Can şirindir, ölümün hənirini lap yaxından hiss edəndə insan ağlından, iradəsindən daha çox hisslərinə tabe olur.

Ölüm təhlükəsinin nə qədər yaxın olduğunu qəza enişi etməyə çalışan təyyarədə hamıdan daha aydın duyan, əlbəttə ki, hava gəmisini idarə edənlər idi.

Ölümlə göz-gözə qaldıqları dəqiqələrdə sonadək ləyaqətlə, mərdanəliklə, ilahi alicənablıqla başqalarını düşünüblər, daxili müvazinətlərini itirməyiblər, Allah və İnsanlıq qarşısında borclarını şərəflə yerinə yetiriblər.

Onlar haqqında qəhərlənmədən və iftixar etmədən düşünmək olmur.

Həlak olan ekipaj üzvlərinin pak ruhu qarşısında baş əyirəm!

Onlar, sadəcə, həlak olmayıblar, onlar şəhidlərdir, onların hər biri daim məhəbbət və ehtiramla anılmalı Vətən yavrularıdır!

Bu anlarda onların hər birini öz doğmam sayaraq dərdlənirəm.

Bu qəmli çağımızda sosial şəbəkədə yazılar paylaşarkən arzu olunmayan, qəlb incidən sözləri yazmağı özlərinə rəva bilənlərə, heç birimizdən bu hadisə ilə bağlı heç nəyi çox bilmədikləri halda umulmaz hökmlər verərək matəmimizə haram qatacaq qədər xətaya uğrayanlara İlahi dərrakə verib rəhm etsin!

Millətimizin başı sağ olsun!

Bu ağır dərdimizin içindəki böyük təsəlli, sabaha ən dərin inam oyadan və daim Vətən, millət ruhuna işıq tutacaq Sarsılmaz Qüvvət qəzaya düçar olan təyyarədəki EKİPAJIN mərdliyidir.

Məhz belə övladlarının həmişə var olmasına görə Azərbaycanın əsir torpaqları onillərin həsrətindən sonra azadlığa qovuşdu, məhz belə yenilməz balaların hünəri sayəsində onlarla insan bu təyyarə fəlakətində ölümün caynağından qurtularaq həyata təzədən gəldi.

Nə qədər belə insanlarımız var, bu yurda və millətə zaval yoxdur, nə qədər bu ruh bizimlədir heç bir qara yel bizi düz və haqq yolumuzdan döndərə bilməyəcək, zəfərlər həmişə bizimlə olacaq!

Azərbaycan yaşasın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri