Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun 27 illik işğaldan azad olunar
Bu illər ərzində bölgənin yenidən dirçəldilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni yaşayış məhəllələri inşa
Modern.az xəbər verir ki, Kəlbəcərdə istifadəyə verilən ilk yaşayış massivinin sakinlərindən biri də Uğurluyevlər ailəsidir.
Kəlbəcər sakini Hikmət Uğurluyev 27 illik həsrətin ardından doğma yurda qayıtmağın həm sevinc, həm də kövrək hislər yaratdığını bildirib: “Bu illər ərzində Vətən həsrəti bir an belə qəlbimizdən silinməyib.
Biz Kəlbəcərdən çıxanda Gəncə xalqı bizə qucaq açdı, övladlarımı orada böyütdüm.
Ailəmizdə yeddi nəfərik – mən, həyat yoldaşım, oğlum, gəlinim və üç nəvəm. İndi isə Kəlbəcərdə yeni bir həyat qurmaq üçün çalışırıq.
Bu torpaqlarda yaşamaq, o itirilmiş illəri qaytarmaq bizim üçün böyük fərəhdir”.
Ailə üçün ən böyük sevinclərdən biri də nəvələrinin doğma yurdlarında məktəbə getməsidir.