Icma.az
close
up
RU
Kəlbəcərə Böyük Qayıdış: Uğurluyevlər ailəsi doğma yurdlarında VİDEO

Kəlbəcərə Böyük Qayıdış: Uğurluyevlər ailəsi doğma yurdlarında VİDEO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun 27 illik işğaldan azad olunaraq öz doğma sakinlərinə qovuşmasından 5 il ötür. Bu illər ərzində bölgənin yenidən dirçəldilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni yaşayış məhəllələri inşa edilib.

Modern.az xəbər verir ki, Kəlbəcərdə istifadəyə verilən ilk yaşayış massivinin sakinlərindən biri də Uğurluyevlər ailəsidir.

Kəlbəcər sakini Hikmət Uğurluyev 27 illik həsrətin ardından doğma yurda qayıtmağın həm sevinc, həm də kövrək hislər yaratdığını bildirib:

“Bu illər ərzində Vətən həsrəti bir an belə qəlbimizdən silinməyib. Biz Kəlbəcərdən çıxanda Gəncə xalqı bizə qucaq açdı, övladlarımı orada böyütdüm. Ailəmizdə yeddi nəfərik – mən, həyat yoldaşım, oğlum, gəlinim və üç nəvəm. İndi isə Kəlbəcərdə yeni bir həyat qurmaq üçün çalışırıq. Bu torpaqlarda yaşamaq, o itirilmiş illəri qaytarmaq bizim üçün böyük fərəhdir”.

Ailə üçün ən böyük sevinclərdən biri də nəvələrinin doğma yurdlarında məktəbə getməsidir.

Hikmət Uğurluyevin həyat yoldaşı Afaq Uğurluyeva nəvəsinin artıq 2-ci sinifdə təhsil aldığını deyib:

“Çox sevindim ki, nəvəm öz doğma torpağımızda məktəbə gedir. Burada savadlı, peşəkar müəllimlər çalışır. Arzum budur ki, nəvələrim təhsillərini axıra qədər Kəlbəcərdə davam etdirsinlər”.

Uğurluyevlər ailəsinin gəlini, Sunay Kamranzadə də hazırda Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, övladları bu torpaqlara tez uyğunlaşıblar:

“Bura bizə çox doğmadır. Elə bil uşaqlar da burada doğulub böyüyüblər, tez uyğunlaşdılar. Allah Prezidentimizin canını sağ eləsin. Biz onlarla görüşdük o qədər səmimi insanlardır ki... Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün burada rahat yaşayırıqsa, onların sayəsindədir”,- o söyləyib.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə ilk köç 2025-ci il 21 avqust tarixində baş tutub.

Ətraflı Xəzər Xəbərin reportajında:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri