Kəlbəcərli məktəblilər şəhidlərin xatirəsini yad ediblər | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
YAP Kəlbəcər rayon təşkilatı 7 aprel 2025-ci il tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarərsinin Kəlbəcər rayon sektorunun 23 saylı Kəlbəcər rayon orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ‘Ulu Öndər Heydər Əliyev - müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” adlı tədbir keçiriib.
Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.
Azərbaycanda həyata keçirilən konstitusiya islahatları ölkənin dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmişdir.
Xüsusilə 2002, 2009 və 2016-cı illərdə aparılan konstitusiya dəyişiklikləri dövlət hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədini daşıyırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Tam oxu
Xəbəri oxu