Icma.az
close
up
RU
Kəlbəcərli məktəblilər şəhidlərin xatirəsini yad ediblər

Kəlbəcərli məktəblilər şəhidlərin xatirəsini yad ediblər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

YAP Kəlbəcər rayon təşkilatı 7 aprel 2025-ci il tarixində  Şərqi Zəngəzur Regional Təhsil İdarərsinin Kəlbəcər rayon sektorunun 23 saylı Kəlbəcər rayon orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  ‘Ulu Öndər Heydər Əliyev - müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” adlı tədbir keçiriib.

Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Azərbaycanda həyata keçirilən konstitusiya islahatları ölkənin dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəlmişdir. Xüsusilə 2002, 2009 və 2016-cı illərdə aparılan konstitusiya dəyişiklikləri dövlət hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədini daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb.

Məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Həqiqət Şükürova, partiya  fəalları Arif Tağıyev, Nəcibə Səlimbəyli, Samirə Məmmədova, Rafael Nağıyev və digər çıxış edənlər bildirdilər ki,  Azərbaycan xalqı artıq beşinci ildir ki, qalib xalq olmağın qürurunu yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan və cəmi qırx dörd gün sonra Azərbaycan Ordusunun qalibiyyəti ilə bitən Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Otuz ilə yaxın Ermənistanın işğalında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi bizə bu böyük Zəfərimiz qaytardı.

Sonda YAP-nın  fəaliyyətində aktiv olan üzvlərə Fərxi fərmanlar tədqim edildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri