“KƏNARDAN TƏYYARƏYƏ ZƏRBƏ DƏYDİ” “Bu zaman artıq pilotlar yox idi” + VİDEO AzPolitika onla…
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Səhər saat 8:00-da Qroznı istiqamətində uçuşa başladıq.
Qroznı hava limanına eniş əsnasında havada qatı duman var idi. Yerdəki işarələr görünmədiyi üçün pilot təyyarəni endirə bilmədi.
Bu zaman biz havaya qalxdıq, ikinci dövrəni vurub yenidən enişə keçdik. Lakin yenə bu mümkün olmadı.
Pilot üçüncü dəfə də eyni qaydada cəhd etsə də, alınmadı. Bizə Aktauya uçmaq tapşırığı gəldi.
Sonra təyyarə yüksəldi və yaxınlıqdakı hava limanı istiqamətində hərəkətə keçdi.
Elə dönüb qayıdan ərəfədə təyyarənin çölündən zərbə səsi gəldi”.“AzPolitika” xəbər verir ki, bunu 25 oktyabrda Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin bələdçisi Əsədov Zülfüqar hadisə ilə bağlı yerli mətbuata açıqlama verərkən deyib.Təyyarə bələdçisi zərbədən dərhal sonra salona çıxdığını, panika vəziyyətində olan sərnişinləri sakitləşdirməyə çalışdığını bildirib:“Digər bələdçi Aydan xanımla salona çıxdıq.
İnsanlar panika içində idilər. Onları sakitləşdirdik, əyləşib, kəmərlərini bağlamağı tapşırdıq.
Mən salondan bir qədər də önə getmək istəyən zaman təyyarəyə növbəti zərbə dəydi.
Tam oxu
Xəbəri oxu