Icma.az
close
up
RU
“KƏNARDAN TƏYYARƏYƏ ZƏRBƏ DƏYDİ” “Bu zaman artıq pilotlar yox idi” + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

“KƏNARDAN TƏYYARƏYƏ ZƏRBƏ DƏYDİ” “Bu zaman artıq pilotlar yox idi” + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Səhər saat 8:00-da Qroznı istiqamətində uçuşa başladıq. Qroznı hava limanına eniş əsnasında havada qatı duman var idi. Yerdəki işarələr görünmədiyi üçün pilot təyyarəni endirə bilmədi. Bu zaman biz havaya qalxdıq, ikinci dövrəni vurub yenidən enişə keçdik. Lakin yenə bu mümkün olmadı. Pilot üçüncü dəfə də eyni qaydada cəhd etsə də, alınmadı. Bizə Aktauya uçmaq tapşırığı gəldi. Sonra təyyarə yüksəldi və yaxınlıqdakı hava limanı istiqamətində hərəkətə keçdi. Elə dönüb qayıdan ərəfədə təyyarənin çölündən zərbə səsi gəldi”.

“AzPolitika” xəbər verir ki, bunu 25 oktyabrda Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin bələdçisi Əsədov Zülfüqar hadisə ilə bağlı yerli mətbuata açıqlama verərkən deyib.

Təyyarə bələdçisi zərbədən dərhal sonra salona çıxdığını, panika vəziyyətində olan sərnişinləri sakitləşdirməyə çalışdığını bildirib:“Digər bələdçi Aydan xanımla salona çıxdıq. İnsanlar panika içində idilər. Onları sakitləşdirdik, əyləşib, kəmərlərini bağlamağı tapşırdıq. Mən salondan bir qədər də önə getmək istəyən zaman təyyarəyə növbəti zərbə dəydi. Bu zərbə mənim qolumdan tutdu və qolumda dərin kəsik əmələ gəldi. Qolumu tutaraq bələdçi kabininə əyləşdim. Aydan xanım qolumu bağlamağa kömək etdi və biz uçuşa davam etdik”.

Z. Əsədovun sözlərinə görə, pilot əvvəlcə təyyarəni suya endirmək istəsə də, sonradan qərarını dəyişib:“Biz dənizə eniş edəcəkdik. Bələdçi bu barədə sərnişinlərə məlumat verdi. Xanım sərnişinləri təlimatlandırdı ki, suya eniş edəcəyik. Lakin pilot sonradan qərarını dəyişdi. Çünki suya ensəydik hamımız öləcəkdik. Kənardan gələn zərbə mühərrikin fəaliyyətinə təsir etmişdi. Pilot sərt eniş etməyə məcbur idi. Əgər biz suya sərt eniş etsəydik təyarə paramparça oalcaqdı. Pilot qərarını dəyişdikdən sonra quruya enişlə bağlı sərnişinlərə məlumat verildi”.

“Pilotlar zərbədən sonra təxminən 50 dəqiqə təyyarəni havada saxladılar ki, quruya eniş mümkün olsun. Eniş zamanı ilk olaraq ön təkərlər yerə dəydi. Bu zaman pilotlar artıq yox idi. Ön hissə arxa tərəfdən ayrılaraq başqa bir istiqamətə getdi. Arxa tərəf isə biraz hərəkət etdi və sürtünmə nəticəsində dayandı”, -deyə bələdçi bildirib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri