Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər TƏHLİL | Icma.az
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac edib, amma əldə olunan pul vəsaitl
Həmin tədbirlər çərçivəsində bəzi hallarla bağlı cinayət işləri açılıb və bir neçə sahibkar həbs edilib.
Sfera.az bildirir ki, qanunvericiliyə görə, ölkədən mal ixrac edən sahibkar 6 ay ərzində ixrac etdiyi malın pulunu ölkəyə gətirməlidir.
Əgər ixrac olunan malın pulu 6 ay ərzində Azərbaycana gətirilməsə həmin sahibkar Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.
Bu tələblər kənd təsərrüfatı məhsulları ixrac edən bir çox sahibkarlar arasında narazılıq yaradıb.
Sahibakarları narazı salan əsas məqamlardan biri ixracdan əldə edilən gəlirlə bağlı xüsusi halların nəzərə alınmamasıdır.
İxrac həyata keçirilməmişdən əvvəl gömrükdə bəyannamə yazılmalıdır. Bəyannamədə ixrac edilən məhsulun miqdarı və ümumi dəyəri göstərilir.
Bəzən sahibkar satış nöqtəsinə çatdırana qədər məhsulun xarab olması və ya keyfiyyətinin aşağı düşməsi halı ilə üzləşir.
Tam oxu
Xəbəri oxu