Icma.az
close
up
RU
Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər TƏHLİL

Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər TƏHLİL

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac edib, amma əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlara qarşı bir müddətdir ki, tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində bəzi hallarla bağlı cinayət işləri açılıb və bir neçə sahibkar həbs edilib.


Sfera.az bildirir ki, qanunvericiliyə görə, ölkədən mal ixrac edən sahibkar 6 ay ərzində ixrac etdiyi malın pulunu ölkəyə gətirməlidir. Əgər ixrac olunan malın pulu 6 ay ərzində Azərbaycana gətirilməsə həmin sahibkar Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu tələblər kənd təsərrüfatı məhsulları ixrac edən bir çox sahibkarlar arasında narazılıq yaradıb.

Sahibakarları narazı salan əsas məqamlardan biri ixracdan əldə edilən gəlirlə bağlı xüsusi halların nəzərə alınmamasıdır. İxrac həyata keçirilməmişdən əvvəl gömrükdə bəyannamə yazılmalıdır. Bəyannamədə ixrac edilən məhsulun miqdarı və ümumi dəyəri göstərilir. Bəzən sahibkar satış nöqtəsinə çatdırana qədər məhsulun xarab olması və ya keyfiyyətinin aşağı düşməsi halı ilə üzləşir. Yaxud, məhsulun hamısı tam satılmır və satış müddətində qiymətlərdə baş verən dəyişikliklə əlaqədar satışdan əldə olunan gəlir az olur. Digər bir halda sahibkar ixracdan əldə etdiyi pulla və ya pulun bir hissəsi ilə xarici ölkədən başqa bir məhsul alaraq onu Azərbaycana idxal edir. Sadalanan hallar nəzərə alınmır və sahibkardan ixracdan bəyannamədə göstərilən məbləğdə əldə edilməli olan gəlirin Azərbaycana qaytarılması tələb olunur. Bu kimi hallara görə sahibkarlara qarşı tədbirlər görən zaman yalnız cinayət işinin açılması da narazılıq yaradan digər hallardan biridir. Yəni, törədilən hər əməlin yalnız cinayət əməli kimi təfsir edilməsi doğru hesab edilmir. Məsələn, xaricdən mal idxal edilməsi məqsədilə ölkədən pul göndəriləndə və həmin mal iki il ərzində idxal edilməyəndə İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi tətbiq olunur. Bu maddənin tələbinə uyğun olaraq sahibkar cərimə edilir. Ancaq ölkədən mal ixrac edən sahibkar 6 ay ərzində ixrac etdiyi malın pulunu ölkəyə gətirmədikdə ona qarşı cinayət işi açılır.

Ziddiyyət həm də burada yaranır. Necə olur ki, valyuta nəzarətsiz qaydada ölkədən çıxarılandan sonra əvəzində mal ölkəyə gətirilmədikdə cinayət işi açılmır, amma kənd təsərrüfatı mallarının ölkədən ixrac olunması müqabilində ölkəmizə pul gətirməyənlər və ya onu gec gətirənlər cinayət məsuliyyətinə cəlb olunur.

Hüquqşünasların fikrincə, dövlətin mal gedib pul gəlməyəndə öz sahibkarını cinayət məsuliyyətinə cəlb etməsi hüququn bütün prinsiplərinə ziddir. Həmçinin, heç bir qanunvericilikdə sahibkarlar arasındakı ticarətə dövlət müdaxiləsi öz əksini tapmamışdır. Qanunla dövriyyəsi məhdudlaşdırılmayan məhsulların istehsalı, satışı, idxalı və ixracı tam sərbəstdir və mülki dövriyyənin tərəflərinin sərbəst iradələrindən asılıdır. Yaranmış yeni vəziyyət təbii ki, Azərbaycandan ixrac əməliyyatlarına ciddi şəkildə mənfi təsiri olacaq. Daha çox kiçik və orta fermerlərin ixrac fəaliyyəti pisləşəcək, onlar daha çox daxili bazara yönələcək. Dövlətin bu kimi məsələlərdə həssaslığı başa düşüləndir. Lakin nəzərə almaq lazımdır ki, bu yanaşma həm də zərərlidir, kiçik və orta sahibkarlar sinifinə ciddi zərər dəyəcək, kənd təsərrüfatı mallarının istehsalına maraq azalacaq, bu sahədə məşğul olmaq istəyənlərin həvəsi öləcək.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri