Kənd təsərrüfatı nazirinin Culfada vətəndaş qəbulu

26.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 25-də Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

Müraciətlər əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların genişlənməsinə dəstək, texnika ilə təmin olunma, suvarma və digər məsələlərlə bağ­lı olub. Onların bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdı­rılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciət­lər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. 

Vətəndaşlarla görüş zamanı “Azər­baycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı­na dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fer­merlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. 

Sonra nazir Dövlət Proqramı çərçivə­sində Ordubad rayonunun Dəstə kəndi əra­zisində yaradılması nəzərdə tutulan korpo­rativ təsərrüfatın ərazisinə baxış keçirib. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью