Kənd təsərrüfatı nazirinin Culfada vətəndaş qəbulu
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 25-də Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Müraciətlər əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların genişlənməsinə dəstək, texnika ilə təmin olunma, suvarma və digər məsələlərlə bağlı olub. Onların bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib.
Sonra nazir Dövlət Proqramı çərçivəsində Ordubad rayonunun Dəstə kəndi ərazisində yaradılması nəzərdə tutulan korporativ təsərrüfatın ərazisinə baxış keçirib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















