“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməlidir”

25.11.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Razi Nurullayev kəndlərin inkişafı və bölgələrdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramının qəbul edilməsinin vacibliyini bildirib.

Gununesi.info  xəbər verir ki, deputat bu barədə “Gündəm müzakirəsi” verilişində danışıb.

O qeyd edib ki, kəndlərdə yaşayış şəraiti yaxşılaşdırılmalı, iş və qazanc imkanları artırılmalıdır:

“Kəndlərin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilməli, kənddə yaşamaq insanlar üçün cəlbedici və üstün seçimə çevrilməlidir. Şəhərdə rahat yaşayış, iş, qazanc və asudə vaxtın keçirilməsi üçün şərait var. Kəndlərdə də bu imkanlar yaradılmalıdır. Əks halda, insanların şəhərlərə köçü davam edəcək. Nəticədə kənd təsərrüfatının inkişafı, bu sahədə istehsalın artırılması və qarşıya qoyulan hədəflərə çatmaq çətinləşəcək”.

Şəbnəm

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью